Oyunun Tarixi

Ana səhifə Oyunun Adı Tarixi Fubol Stadionu Futbol Üzrə Dünya Çempionatı Qaydaları

Əsas məqalə: Futbol xronologiyası

FİFA-ya görə Çin rəqabət oyunu olan Tsu (蹴鞠, hərfbəhərf mənası ilə "topa vurmaq") futbolun ən erkən formasıdı, bunun üçün də elmi sübutlar mövcuddur. Tsu oyunçularına topa əldən başqa bütün bədən üzvləri ilə toxunmaq icazələri var idi və onların əsas məqsədi topu torun ortasında diametri təxminən 30 santimetr olan deşikdən keçirmək idi. Bu həddindən artıq müasir futbola oxşayırdı, hərçənd reqbi ilə də oxşarlıqlar yaranırdı. Han sülaləsinin (E.ə. 206 — b.e. 220) hakimiyyəti zamanı tsu oyunu standartlaşdırıldı və qaydaları qoyuldu.

Phaininda və episkyros yunanların topla oynanılan oyunları idi. Episkyros oynayan oyunçunun barelyef formasında vazaya təsvir edilmiş şəkili UEFA Avropa Çempionatında istifadə edilmişdir. Həmən vaza Afina Milli Arxeologiya Muzeyində saxlanılır. Yazıçı Afiniyin 228-ci ilə aid yazılarının birində romalıların topla oynanılan harpastum oynunun adını çəkir. Phaininda, episkyros və harpastum əl və zorakıllığın istifadəsi ilə oynanılan oyunlar idilər. Görünən odur ki, bütün bu oyunlar daha çox reqbi, güləş və voleybolu xatırladırdılar nəyinki müasir futbolu. Futbolun rəqabət olmayan növləri də var, onlar Yaponiyada kemari, Koreada tsu çu, Avstraliyada isə woggabaliri adı ilə tanınırlar.

Müasir futbolun özünə məxsus klassik tarixi yoxdur. Dünyanın bir çox yerində mövcud olan diger top oyunların futbolla oxşarlıqlarların olmasına baxmayaraq, FİFA Avropadan kənarda yaranmış qədim oyunların futbolla heç bir tarixi əlaqəsi olmadığını hesab edir.[24] Futbolun müasir qaydaların yaranması 19-cu əsrin ortalarında İngiltərənin məktəblərində oynanılan futbolun müxtəlif formalarını standartlaşdırmaq üçün edilən səylər ilə bağlıdı. İngiltərədə futbol ən azı 8-ci əsrdən mövcuddur.

İlk dəfə 1848-ci ildə Kembric Universitetində tərtib edilmiş "Kembric qaydaları" futbolun da inkişafına xüsusilə böyük təsir göstərmişdir. Kembric qaydaları Triniti kollecində keçirilən və Harrou, Raqbi, Vinçester, İton və Şrusberi məktəblərin nümayəndələrinin də iştirak etdiyi görüşdə yazılmışdır. Bu qaydaları hər yerdə qəbul etmədilər. 1850-ci illər ərzində futbolun müxtəlif növlərini oynamaq üçün ingilis dilli ölkələrdə məktəb və ya universitetə bağlı olmayan bir çox klublar formalaşmışdı. Bəzi klubların öz qayda nizamnamələri vardı, onlar içərisində ilk növbədə 1857-ci ildə keçmiş məktəblilər tərəfindən yaranan Şeffild klubunun adını çəkmək olar. Appinqam (ing. Uppingham) məktəbindən olan Con Çarlz Trinq həmçinin nüfuzlu qaydalar siyahısını hazırlamışdır.

Tarixi, ədəbi mənbələr hələ IV–V əslərdə müxtəlif ölkələrdə topla oyunun mövcudluğu barədə məlumat veriblər. Arxivlərdən belə məlumatlar da tapılmışdır ki, daha qədim dövrlərdə müxtəlif xalqlar ayaqla top oynamışlar: məsələn, Qədim Romada, Böyük Novqorodda, orta əsrlərdə Fransada və İtaliyada.

Lakin o oyunlar indiki futbola çox az oxşamışdır. Futbolun vətəninin İngiltərə olduğunu düşünənlər çoxdur. Amma, müasir futbola çox oxşayan oyun 2000 il əvvəl Çində mövcud imiş. Bu oyun tsu-cu adlanırdı. Bu oyun içinə quş tükü doldurulmuş dəri topla oynanırdı. Topa yalnız əllə toxunmaq olmazdı, əldən başqa bütün bədən üzvləri ilə toxunmaq, vurmaq mümkün idi. Müasir terminlə desək, daha çox qol vuran qalib olurdu. Qapılar dirəklərdən və tordan düzəldilən müasir futbol qapılarına çox oxşayırdı. Fərq onda idi ki, torun ortasında diametri təxminən 30 santimetr olan deşik olurdu və topu məhz həmin deşikdən keçirmək lazım idi. Komandalarda 2-dən 16-ya qədər oyunçu ola bilərdi.

Tsu-cunun bir neçə variantı vardı. Bir varinatda rəqib komandalar topu qovub rəqibin torundan keçirməli idilər. Bəzən komandaların hər birinin yan-yana bir neçə qapısı olurdu. Bəzən isə komandalar kontaktda olmurdu. Qapı ortada quraşdırılırdı və hər bir komanda onu meydanın özünə aid hissəsindən vurub tordan keçirməyə çalışırdı. Tsu-cunun adı ilk dəfə milladdan əvvəl 3-cü əsrə aid mənbədə çəkilir. "Tsu" – topu vurmaq, "cu" isə içi doldurulmuş dəri deməkdi. İlk dövrlərdə əsgərlər üçün təmrinlərdən olan bu oyun daha sonra zadəganlar arasında da dəb düşmüş, nəhayət saraya yol tapmışdı. Hətta Sonq sülaləsindən olan imperator Taizu özü də tsu-cu oynayardı. Bu oyun bayramların, festivalların da ayrılmaz hissəsi idi.

Tsu-cu 17-ci əsrdən başlayaraq Çində populyarlığını itirib. Bu oyun müasir futbola çox oxşadığına görə, Çin futbolun vətəni də sayıla bilər. Təsadüfi deyil ki, 2004-cü ildə FİFA rəsmisi bildirmişdi ki, tsu-cu müasir futbolun sələfləri arasında ən qədimidir.

1863-cü ilin oktyabrında Londonda top oyunu həvəskarları toplaşırlar. Onlar arasında mübahisə gedir: futbolu "yalnız ayaqla" oynasınlar, yoxsa "ayaq və əllə"? "Yalnız ayaqla" oyun tərəfdarları öz ittifaqlarını yaradırlar. Bu ittifaq da oyunun ilk qaydalarını işləyib-hazırlayırlar. Həmin qaydalar heç də mükəmməl deyildi və bir neçə onillik ərzində ona əlavələr oldu, dəyişikliklər edildi.

Hakim meydana fit ilə yalnız 1878-ci ildə çıxmışdır. Həmin vaxta qədər hakim meydandan kənarda otururdu və oyunçular ona müraciət etdikdə onların mübahisələrini həll edirdi. Onbirmetrlik cərimə zərbəsi (penalti) 1891-ci ildən oyunun qaydalarına daxil edilmişdir. 1926-cı ildən isə birbaşa küncdən zərbə ilə vurulan qolları da hesaba almağa başlamışlar.