FİFA və Beynəlxalq Olimpiya Komitəsi "futbol" sözünü oyunun rəsmi beynəlxalq adı kimi istifadə edirlər.
Oyunun ingilis dilində tam adı "association football" ("Assosiasiyanın qaydalarına görə futbol") 1863-cü ildə İngiltərə futbol assosiasiyasının yaradılmasından
sonra seçildi ki, o vaxt mövcud olan futbolun digər növlərindən ayırd etmək mümkün olsun, məsələn, əllə oynamağa icazə verilən reqbi futbolundan. Zaman keçdikcə
oyunun uzun variantda olan adları gündəlik nitq və mətbuatda istifadəsi azaldı. İngiltərədə əvvəlcə "assoc" qısaltması yayıldı, ondan sonra "soc" qısaltmasına
"-er" şəkilçisi əlavə etməklə 1880-ci illərdə "sokker" (ing. soccer) termini yarandı. Dövri mətbuatda "soccer" termini ən azı 1892-ci ildən istifadə olunur.
Bizim günlərdə "sokker" adı bir sıra ingilisdilli ölkələrdə yayılıb, hansında ki futbolun digər növləri tarixən populyarlığını saxlaya biliblər. Məsələn,
Avstraliya və Yeni Zelandiyada futbol adını Avstraliya futbolu və Reqbi liqinə aid edirlər. İrlandiyada "futbol" termini Gal futbolunda işlədilir, ona görə
də mətbuatda "soccer" istifadə olunur. CAR-da oyun daha çox "soccer" kimi tanınır ki, bu da həm ölkə çempionatının adında Premier Soccer League, həm
də 2010 DÇ-nın finalı keçirilən Sokker Siti stadionun adında əks olunub. ABŞ və Kanadada "soccer" termini işlədilir, çünki oralarda futbol adı Amerika
futbolu və Kanada futboluna aid olunur.
Oyunun adı başqa dillərdə belə adlandırılıb: