Oyunun Müddəti Və Davametmə Vaxtı

Ana Səhifə Ofsayd Oyunun Müddəti Və Davametmə Vaxtı Standart Vəziyyətlər Əsrin Matçı Dünya Futbol Günü

Futbol matçı hər biri 45 dəqiqə olan iki hissədən ibarətdir. Hər bir hissə fasiləsiz davam edir, yəni top meydanın kənarında olsa belə, oyun dayanmır. Hissələr arasında fasilə adətən 15 dəqiqə çəkir. Baş hakim oyunun rəsmi xronometristdir və əvəzetmələrə, oyunçu zədələrinə və sayr dəyandırılmalara görə itirilən dəqiqələri o, hissənin sonuna əlavə edə bilər. Əlavə vaxtın müddəti referinin səlahiyyətindədir. Yalnız baş hakim oyunu başa çatdıra bilər.

Əlavə vaxt 1891 ildə oynanılan Stok Siti-Aston Villa oyununda baş verən insidentdən sonra futbolda tətbiq edilməyə başlandı. Stok Siti 0:1 uduzan vaxtı, oyunun sonunda onlar penalti zərbəsini qazandılar, amma Aston Villanın qapıçısı topu göyə vurmuşdu, və top meydançanın lazım olan yerinə qayıdanadək, oyun vaxtı bitmişdir, və artıq hakim oyunu dəyandırmışdır. Həmçinin əlavə vaxt qaydası ilə birlikdə qəbul edildi ki, hər hansı hissənin sonunda 11 metrəlik cərmə zərbəsi təyin edilərsə, o zərbəni yerinə yetirmədən, oyun bitə bilməz.

Liqa yarışlarında oyun heç-heçə də bitə bilər. Əsas vaxtda hesab heç-heçə ilə bitsə, oyuna əlavə iki dənə 15 dəqiqəlik əlavə hissələr oynanıla bilər. Əgər əlavə vaxtada qalib müəyyənləşmədisə, onda bəzi yarışlarda penalti seriyası tətbiq olunur. Penalti zərbələrində vurulan qollar, yekun hesaba əlavə olunmurlar.

İki oyunluq yarışlarda hər bir komanda öz meydanında bir oyun keçirdir, və hansı komandanın növbəti mərhələyə keçəcəyini iki oyunun ümumi hesabı bəlli edir. Hesab bərabər olarsa, onda qonaq stadionda vurulan qollar qalibi müəyyənləşdirir. Bu kimi oyunlarda heç heçə olarsa belə əlavə vaxta və penalti seriyasına ehtiyac olmur.

1990 illərin sonlarında 2000 illərin əvvəlində Futbol Assosiasiyalarının Beynəlxalq Şurası penalti seriyasını istifadə etmədən, qalibi müəyyən etmək üçün eksperimentlər keçirdməyə başladı. Onlar "qızıl" (əlavə vaxtda ilk qolu vuran komanda, oyunun qalibi olur) və "bürünc" (əlavə vaxtda ilk qolu vuran komanda qalib olmur və əgər hansısa əlavə hissədən sonra komandalardan biri hesabda öndədirsə, onda qalib həmin o, klubdu) topları tətbiq etməyə başladılar. Qızıl qol 1998 və 2002 ilin dünya çempionatında istifadə olunmuşdur. Dünya Çempionatında Qızıl qolun həll etdiyi ilk oyun 1998 ildə keçirilən Fransa-Paraqvay olmuşdur. Almaniya millisi Qızı top saəsində mötəbər turnirdə ilk qələbə qazanan komanda olmuşdur, onlar Avro 1996 finalında Oliver Birhoffun qızıl qolu ilə Çexiya millisinə qalib gəlmişdilər. Bürünc qol Avro 2004 tətbiq edilmişdir. Hər iki eksperiment Futbol Assosiasiyalarının Beynəlxalq Şurası tərəfindən ləğv edilmişdir.